Kataloq.NET - Şəxslər: İsgəndərov Əliağa Məmmədqulu oğlu
kataloqa sayt əlavə et   |   kataloqu qeyd elə   |   kataloqla başla  
web saytlar şəxslər qurumlar xəritə
  Kataloqdakı insanların sayı: 319
azərbaycan klaviaturasını göstər
ətraflı axtarış
Əcdadlarımız

Əliağa Vahid
Əliağa Vahid
Fontu böyüt:      
İsgəndərov Əliağa Məmmədqulu oğlu
(18.02.1895 - 01.10.1965)
Azərbaycan şairi, qəzəlxan, Azərbaycan əməkdar incəsənət xadimi
Əliağa Məmmədqulu oğlu İsgəndərov Azərbaycan əməkdar incəsənət xadimi (1943).

Mollaxanada oxumağa başlamış, sonra ehtiyac üzündən təhsilini yarımçıq qoymuş, xarratlıq etmişdir. Gənc yaşlarında Bakıdakı "Məcməüş-şüəra" ədəbi məclisində iştirak etmiş, Azər (İmaməliyev), Müniri və b. şairlərin təsiri ilə lirik şerlər yazmışdır. Satirik şerlərində ictimai nöqsanları, möhumatı, zülm və haqsızlığı ifşa etmişdir. "Tamahın nəticəsi" adlı ilk kitabı nəşr olunmuşdur.

Azərbaycanda Sovet hakimiyyətinin qələbəsini rəğbətlə qarşılayan Vahid İnqilabi təbliğat sahəsində fəal çalışmış, yeni həyatı tərənnüm edən çoxlu şer: "Əsgər və fəhlə yoldaşlarıma", "Məktəb nə deməkdir", "Ucal, mələyim" və s. yazmış, "Kommunist" qəzetində, "Molla Nəsrəddin" jurnalında əməkdaşlıq etmişdir. "Kupletlər" (1924), "Mollaxana" (1938) kitablarındakı şerlərdə yeniliyə Mane olanlar, kəskin satira atəşinə tutulur. Böyük Vətən müharibəsi illərində yazdığı əsərlərdə ("Döyüş qəzəlləri", 1943; "Qəzəllər", 1944 kitabları) Vahid Vətənə məhəbbət, düşmənə nifrət, qələbəyə inam hissləri təbliğ edirdi.

Füzuli ənənələrinin davamçısı olan Vahid müasir Azərbaycan ədəbiyyatında qəzəl janrının görkəmli nümayəndəsidir. Qəzəlləri poetik dilinin sadəliyi, xəlqiliyi və ahəngdarlığı ilə seçilir, xanəndələrin repertuarında mühüm yer tutur. Nizami, Xaqani, Füzuli, Nəvai və b.-nın qəzəllərini Azərbaycan dilinə tərcümə etmişdir.

/ mənbə : meyxana.net /.


Haqqımızda   |   Statistika   |   Kataloqda reklam   |   Bizim bloq   |   Bizə yazın  
 0.0055 sec.
NETTY 2007 Qalibi Sahil IT